TS 736, PrEN 12897 standartlarına uyğun, şaquli sistemdə istehsal edilmişdir və təmizləmə qapağına malikdir.
İstəyə bağlı olaraq elektrikli qızdırıcı quraşdırıla bilər. (BFPN: 110-630)
Konstruksiyası 10 atm işçi təzyiqinə uyğun olaraq hazırlanmışdır.
Serpantin boruları EN 10217-2 standartına uyğun istehsal edilmişdir.
Gigiyenik və bol isti su təmin edir. “Termo Boyler” olaraq da adlandırılır.
Təbii sirkulyasiyalı və ya sirkulyasiya nasosu ilə istifadə edilə bilər.
Boylerin daxili gövdəsi isti qalvaniz daldırma, emal (mine) və epoksid boyalı olaraq istehsal edilə bilər.
Məhdud sahələrdə yüksək tutumlarda isti su istehsal edir.
Sürətli boylerlər şaquli vəziyyətdə layihələndirilir və montajı dik şəkildə həyata keçirilir.
Erqonomikdir.
İstifadə yerindəki isti suyun təzyiqi istifadə olunan soyuq suyun təzyiqi qədər olduğu üçün kranlarda suyun temperaturu istənilən dərəcədə tənzimlənə bilər.
Fərqli iqlim şəraitində istifadəyə uyğundur.
Hündürmərtəbəli binalara və ara bölmələrə asanlıqla yerləşdirilə bilər.
Sistem daxilində aşağı temperatur fərqlərində yüksək məhsuldarlıq təmin edir.
Maqnezium anod istifadə edilmə xüsusiyyətinə malikdir.
Günəş enerjisi sistemi və istilik qazanları ilə paralel işləməyə uyğundur.
Dözümlülük və səmərəlilik göstəriciləri ilə Avropa standartlarına uyğundur.
Boylerin su temperaturu rəqəmsal ekranda davamlı olaraq göstərilir. (İstəyə bağlı)
Rəqəmsal ekran, sağ aşağı küncündə yerləşən düyməyə bir dəfə basıldıqda Maqnezium Anod zondunun səviyyəsini % ilə göstərir və avtomatik olaraq temperatur ekranına geri dönür. (İstəyə bağlı)
Sürətli boylerlərin üzərində termomanometr yerləşir. Termomanometr vasitəsilə temperatur və boyler daxilindəki təzyiq müşahidə edilir.
Sürətli boylerlərdə izolyasiya təbəqəsinin içindən üst qapaqdan alt təmizləmə qapağına qədər zirehli elektrik kabeli çəkilmişdir. Bu kabel gələcəkdə istənildikdə alt təmizləmə qapağına elektrikli qızdırıcı və üst qapağa termostat əlavə edilərək sürətli boylerin elektrik enerjisi ilə də isidilməsinə imkan yaradır. (Baxınız BFPN: 110-630)
AHB Sürətli boylerlərdə AHB 100 tutumdan AHB 600 tutum daxil olmaqla poliuretan izolyasiya tətbiqi, AHB 800 tutumdan AHB 3000 tutum daxil olmaqla süngər izolyasiya və vinleks xarici üzlük tətbiqi, AHB 3500 tutumdan AHB 5000 tutum daxil olmaqla isə şüşə yunu üzəri qalvanizli təbəqə izolyasiyası tətbiq olunur.
Soyuq su təchizatı xəttinə işçi təzyiqinin 10%-dən çoxu qədər qoruyucu klapan (emniyyət ventili) quraşdırılmalıdır.