Sistemlərdə istifadə olunan axışqan maye sistemdən qazana geri dönərkən istilik itkisinə məruz qalır, bu vəziyyət temperatur fərqinin yaranmasına və qazanda istilik gərginliklərinin formalaşmasına səbəb olur.
Qazanın ömrünü qısaldır.
Denge kabının (hidravlik ayırıcı) əsas vəzifəsi, sistemdən gələn soyumuş mayenin qazandan gələn isti su ilə qarışaraq istilik balansını təmin etməsidir.
Beləliklə, istilik fərqləri minimuma endirilir.
Üzərinə qoşulan sensorlarla temperatur və təzyiq nəzarəti edilə bilər.
Qazan dövrəsi ilə isitmə dövrəsi arasındakı hidravlik yükləri balanslaşdırır.
Yüksək müqavimətə malikdir və yüngüldür.
Gövdəsi qaynaqlı konstruksiyaya malikdir və karbon poladdan istehsal edilir.
Bütün tutumlarda təzyiq, müqavimət və sızdırmazlıq testi tətbiq olunur.
Üstün istehsal texnologiyası ilə istənilən ölçülərdə balans çəni (denge kabı) istehsal edilə bilər.
Balans çəni şaquli (dik) quraşdırılmalıdır.
Qazanlar və isitmə zonaları uyğun su sərfi (debisi) altında işləyir.
Isitmə dövrəsi idarəetmə sistemlərindən asılı olmayaraq tək və ya çox qazanlı sistemlərdə istifadə edilə bilər.
Balans çəninin hər iki tərəfindəki tənzimləyici elementlər (üç yollu klapan və s.) optimal işləyir.
Balans çənlərində istəyə bağlı olaraq izolyasiya edilə bilər.